RU

Bu gün şair, dramaturq Məmməd Rahimin anım günüdür

ain.az, Missiya.az portalına istinadən məlumat yayır.

Bu dünyada sevməyənlər ölüdür,Çox şirindir əhdi-peyman sevgilim!Eşq insanın həyatını güldürür,Ətir saçar zaman-zaman sevgilim 

6 may bu misraların müəllifi, şair, dramaturq, tərcüməçi Məmməd Rahimin anım günüdür.Missiya.Az xəbər verir ki, o 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulub.

Şairin 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə isə ilk şeir kitabı — "Arzular" çap olunub. Dövri mətbuatda fəal çıxış edib.

Məmməd Rahim xəstələndiyi vaxtadək yalnız yaradıcılıq fəaliyyəti ilə məşğul olub. "Xaqani" (1955) mənzum dramını, "Sayat Nova" (1956), "Natəvan" (1962) poemalarını yazıb. Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov, H.Tumanyan və b. tərcümələr edib.

Dramaturqun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə olunub.

O, iki dəfə Lenin ordeninə, "Oktyabr inqilabı", "Qırmızı Əmək bayrağı" ordenlərinə və medallara layiq görülüb. Şair 1977-ci il mayın 6-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Zərintac MayisqızıMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
1
icma.az

2Источники