RU

Britaniya müharibəyə hazırlaşır

Böyük Britaniya düşmən dövlətin hücumundan ehtiyat edərək, müharibə zamanı fövqəladə hallar planının yenilənmiş versiyasını hazırlayır. Bu barədə Daily Telegraph qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, “milli müdafiə planı” Böyük Britaniyaya qarşı iddia edilən təcavüzdən sonrakı ilk günlərdə hərəkətlərin ardıcıllığını müəyyən edəcək. Məqalədə deyilir ki, “gizli dosye hökumətin müharibə elanına necə reaksiya verəcəyini, o cümlədən “kabinet nazirlərini və kral ailəsini qorumaq üçün bunkerlər, ictimai xidmət yayımı və resursların yığılması” kimi mövzuları əhatə edəcək.

Məqalədə deyilir ki, heç vaxt ictimaiyyətə açıqlanmayacaq plana həm adi, həm də nüvə raketlərindən istifadə etməklə Böyük Britaniyaya hücum da daxil olmaqla, bir neçə ssenari daxildir. Həmçinin ilk dəfə olaraq kibermüharibə ssenarisi təhlil ediləcək. Nəşrin yazdığına görə, 2005-ci ildə hazırkı plan hazırlanarkən o, ciddi təhlükə hesab edilmirdi.

Eyni zamanda, “The Daily Telegraph” dəfələrlə qeyd edib ki, bu planın hazırlanmasının əsas səbəbi Rusiyadan mövcud olan hücum təhlükəsidir.

S.ELAY

XQ

Избранный
0
3
xalqqazeti.az

4Источники