RU

Ən uzun müddət səfərdə uduzmayanlar – SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropanın Top-5 liqalarında səfərdə ən uzun məğlubiyyətsiz oyunlar seriyasına malik klubların adlarını açıqlayıb.

Msport.az xəbər verir ki, siyahıda 25 və daha çox səfər görüşündə xal qazanan komandalar yer alıb.

İndiyə qədər ümumilikdə 9 klub bunu bacarıb. Qonaq olduğu ardıcıl 39 matçda uduzmayan PSJ cədvələ başçılıq edir.

1. PSJ (Fransa) – 39
2. “Milan” (İtaliya) – 38
3-4. “Bavariya” (Almaniya) – 33
“Bayer” (Almaniya) – 33
5-6. “İnter” (İtaliya) – 32
“Napoli” (İtaliya) – 32
7. “Mançester Yunayted” (İngiltərə) – 29
8. “Arsenal” (İngiltərə) – 27
9. “Yuventus” (İtaliya) – 25

Избранный
0
msport.az

1Источники