RU

“Hindistan və Pakistan arasında aktiv müharibənin olması real deyil” -VİDEO

“Əslində dünyanın bütün qitələrində qarşıdurmalar mövcuddur. Pakistan və Hindistan arasındakı qarşıdurma sıradan bir qarşıdurma deyil. Zaman- zaman bu qarşıdurmalar olub. 1947-ci ildən bu günə qədər davamlı gərginliklər baş verir. Bu hər hansı bir müharibəyə çevriləcəyi hələki real deyil”- bu fikirləri Azərbaycan Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, Hindistan bu terror aktını özü də təşkil edə bilər.

“Hindistanda sosial vəziyyət olduqca gərgindir. Məhz Hindostan ölkədəki bu gərginliyi azaltmaq üçün bu teroru özü təşkil edə bilər. Hesab edirəm ki, hər iki ölkə nüvə dövlətidir və onlar böyük müharibəyə getməyəcəklər”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:

Избранный
0
6
moderator.az

7Источники