BAKI,TurkicWorld
Ankarada İŞİD terror təşkilatına qarşı iki ayrı istintaq çərçivəsində 27 şübhəli barəsində gözaltı qərarı verilib.
TurkicWorld xəbər verir ki, Ankara Şəhər Polis İdarəsi və Şəhər Jandarma Komandanlığının birgə əməliyyatları nəticəsində Suriya və İraqda İŞİD silahlı terror təşkilatı adına fəaliyyət göstərdikləri müəyyən edilmiş 27 şübhəli hədəfə alınıb.
Beşi Türkiyə vətəndaşı olan bu şəxslərin, Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) hesabatlarına əsasən, təşkilat məqsədləri ilə açılmış bank hesabları vasitəsilə nağd yardımlar edərək DEAŞ-a maddi dəstək verdikləri və terrorizmin maliyyələşdirilməsi cinayətini törətdikləri aşkarlanıb.
Şübhəlilərin yaxalanması üçün əməliyyatlar davam edir.