RU

Azərbaycanın məşhur zavodu nizamnamə kapitalını simvolik həddə endirir

Bakının Binəqədi rayonunda yerləşən "Bünyad Sərdarov adına Maşınqayırma Zavodu" MMC nizamnamə kapitalını 54 421 manat azaldaraq 54 431 manatdan 10 manata endirdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Bundan əvvəl zavod nizamnamə kapitalını 7 044 271 manat və yaxud 130,4 dəfə azaldaraq 7 098 702 manatdan 54 431 manata endirmişdi.

“Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” kommersiya qurumu kimi 1926-cı ildən fəaliyyət göstərən eyni adlı sənaye müəssisənin bazasında 2001-ci ildə yaradılıb, 2022-ci ildə özəlləşdirilib.

Избранный
0
report.az

1Источники