RU

Tramp Ərdoğanla görüşdən danışdı “ Onunla münasibətim... ”

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığını "çox yaxşı və məhsuldar" adlandırıb.

Milli.Az xəbər verir ki, o, bu açıqlamanı Truth Social platformasında paylaşıb.

Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

Tramp bildirib ki, danışıq zamanı Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və digər bir çox regional məsələlər müzakirə olunub. O, prezident Ərdoğanın onu Türkiyəyə dəvət etdiyini, eyni zamanda Ərdoğanın da Vaşinqtona səfər edəcəyini qeyd edib.

"Prezident olduğum 4 il ərzində (2016-2020) Ərdoğanla münasibətim əla idi" deyən Tramp bu dövrdə bir çox sahədə əməkdaşlıq etdiklərini vurğulayıb.

Rusiya-Ukrayna müharibəsinə toxunan Tramp "Rusiya ilə Ukrayna arasındakı absurd, lakin ölümcül müharibəyə son qoymaq üçün prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm" sözləri ilə Ərdoğanla gələcək əməkdaşlığa ümidini ifadə edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
0
2
icma.az

3Источники