RU

Elektron resepti yazmaq üçün həkimə hansı sistemlərə giriş lazımdır?

Bakı. Trend:

Elektron Resept Sistemi səhiyyə xidmətlərində şəffaflığın,təhlükəsizliyin və effektivliyin təmin olunması baxımından stratejiəhəmiyyətə malikdir.

Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmovaaçıqlayıb.

Onun sözlərinə görə, həkimlər bu sistem vasitəsilə məsuliyyətlivə peşəkar dərman təyinatı aparmaq imkanı əldə edir, vətəndaşlarisə tibbi məlumatlara çıxış və dərman təminatında daha çevik vərahat bir proseslə qarşılaşırlar:

“Həkimlər tərəfindən Elektron Resept yazılması üçün xüsusiproqram təminatına ehtiyac yoxdur. “Reseptim” mobil tətbiqi sadədizayn edilmiş interfeys vasitəsilə istifadəçi dostudur. Həkimlər“Reseptim” mobil tətbiqini “Google Play” və “Appstore” kimiplatformalardan mobil cihazlarına yüklədikdən sonra “Digital Login”vasitəsilə qeydiyyatdan keçir və “Profil seçimi” düyməsi vasitəsiləhazırda resepti təyin etdiyi tibb müəssisəsinin adını seçir və yeniresept təyin etməyə davam edir. Yazılan hər bir resept həkiminşəxsi identifikasiya məlumatları ilə sistemdə qeydiyyata alınır.Bu, gələcəkdə hansısa hüquqi və peşəkar məsuliyyət məsələləriyarandıqda şəffaflığı təmin edir və izlənilə bilmək imkanı yaradır.“Reseptim” mobil tətbiqində pasiyentə təyin edilən dərmanvasitələrinin molekulyar tərkibi, həmin preparatların dəyəriniqarşılayacaq müvafiq tibbi sığorta agentinin seçilməsi imkanlarınəzərə alınıb. Həkim tərəfindən təyin edilən hər bir resept sistemtərəfindən unikal kodla qeydiyyata alınır və pasiyentin şəxsikabinetində əlçatan olur”.

S.Məhərrəmova bildirib ki, rəqəmsal səhiyyə alətlərindənsəmərəli istifadə həm səhiyyə işçilərinin, həm də vətəndaşlarınbirgə məsuliyyətidir:

“Elektron Resept Sistemi bu istiqamətdə mühüm platforma kimixidmət edir və ölkəmizdə səhiyyənin müasir tələblərə uyğuninkişafına töhfə verir”.

Məqalədə:
Избранный
0
4
az.trend.az

2Источники