RU

Qum fırtınası dəhşəti - ÖLƏNLƏR VAR!

İraqın bir çox bölgəsini təsiri altına alan güclü qum fırtınası ciddi fəsadlara səbəb olub. Ən çox təsirlənən bölgələr arasında Diyala, Kərkük, Ərbil, Səlahəddin və Süleymaniyyə şəhərləri yer alır.

Yenisabah.az xəbər verir ki, səlahəddin vilayətinin Tuzhurmatu rayonunda, Serha nəzarət məntəqəsi yaxınlığında, qum fırtınası səbəbindən görünüş məsafəsinin sıfıra enməsi nəticəsində iki avtomobil toqquşub. Nəticədə eyni ailədən 4 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

Qum fırtınası yalnız yol qəzaları ilə deyil, həm də sağlamlıq problemləri ilə müşayiət olunub. Təxminən 400 nəfər nəfəs darlığı və digər tənəffüs problemləri ilə xəstəxanalara yerləşdirilib.

Səlahiyyətlilər, xüsusilə tənəffüs yolu xəstəlikləri olan vətəndaşlara evlərindən çıxmamağı tövsiyə ediblər.

Bu hadisə, İraqda son illərdə artan qum fırtınalarının yaratdığı təhlükələri bir daha gündəmə gətirib. Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin əhəmiyyəti bir daha vurğulanır.

Aytac Şahin


Telegram kanalımız
Избранный
0
yenisabah.az

1Источники