İtaliyanın "İnter" klubunun futbolçusu Markus Türam ilə bağlı qalmaqal yaranıb. Belə ki, kinoaktrisa Şarlott Leviş sosial şəbəkə hesabında video paylaşaraq futbolçunu onu döyməkdə ittiham edib.
Xanım aktrisa iddia edib ki, Türam "Borussiya"da (Münhenqladbax) oynadığı zaman onu otağa qapadıb və çəkdiyi videonu silmək üçün təzyiqlər göstərib. İtaliyanın nüfuzlu idman mediasının yazdığına görə, artıq klub rəhbərliyi də futbolçu ilə görüşərək bu barədə müzakirələr aparıb.
Mətləb