Son zamanlar vətəndaş müharibəsinin şiddətləndiyi Afrika ölkəsində Port Sudan üsyançı qruplaşmanın Çevik Dəstək Qüvvələrinin (RSF) hədəfində olduğu bildirilib. Səlahiyyətlilər təhlükəsizlik təmin olunana qədər şəhərin hava limanına uçuşların dayandırıldığını bildiriblər.
News24.az xəbər verir ki, hadisə şahidləri Port Sudanda baş verən partlayışları təsdiqləyiblər. Sudan hökuməti hələlik mümkün itkilərlə bağlı açıqlama verməyib.
Bölgədən gələn görüntülərdə limanda baş verən böyük yanğına yanğınsöndürmə qruplarının müdaxilə etməyə çalışdığı əks olunub. Bildirilib ki, hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.
Sudan ordusunun hücumun qarşısını almaq üçün hava hücumundan müdafiə raketləri atdığına dair məlumatlar paylaşılıb.
Günel Məlikzadə




