BAKI, 6 may. TELEQRAF
İranda Azərbaycanın səfirliyinə edilən hücum olduqca acı və qəbuledilməz bir hadisə idi.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə bildirib.
Bu hadisə hər iki xalq üçün ağır və kədərli bir təcrübə oldu. Lakin bu proses Azərbaycan və İran xalqlarının daha da yaxınlaşmasına səbəb oldu. Vacib olan odur ki, məhkəmə prosesi tamamlansın və onun əsasında qərar icra edilsin. İnanıram ki, nəticədə ədalət öz yerini tapacaq.