Yaxın gələcəkdə Belarusun Azərbaycanın hərbi sənaye korpusu ilə birgə məhsulları olacaq. “BELTA” xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda baş nazir Aleksandr Turçinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus məlumat verib.
“Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq strateji xarakter daşıyır və uzun tarixi ilə məşhurdur, ona görə də biz planlı və sistemli şəkildə işləməyə davam edirik”, - Dmitri Pantus qeyd edib.
Dövlət Hərbi Sənaye Komitəsi sədrinin sözlərinə görə, hazırda tərəflər Belarus işlənmələrindən, o cümlədən Azərbaycan ərazisində hərbi təyinatlı məhsulların istehsalının təşkili üzrə birgə layihələri müzakirə edirlər. “Bu iş davam edir və yaxın gələcəkdə bizim xüsusilə Azərbaycanın hərbi sənaye korpusu ilə birgə məhsullarımız olacaq”, - deyə o vurğulayıb.
Almaz Həsənli