RU

Dünyanın ən oxşar bayraqları -SİYAHI

Bir ölkənin milli rəmzi dedikdə insanın ağlına gələn ilk şey hər halda həmin ölkənin dövlət bayrağı olur. Bəs bu bayraqların nə üçün gördüyümüz formada olması, ibarət olduqları rənglərin hansı mənaları ifadə etdiyi haqqında düşünmüsünüzmü? Bəzi dövlətlərin bayraqları eyni rənglərdən ibarət olsa belə,tamamilə fərqli mənalar kəsb edir. Bu mövzuda aparıdığım araşdırmanı sizlərə təqdim edirəm.

İlk öncə rəng baxımından bir birinə bənzəyən İtaliya və Tacikistan bayraqlarına nəzər salaq.

image-1 image-2

Tacikistanın hal-hazırdakı milli bayrağı 1992-ci ildə, 1953-cü ildə qəbul edilmiş Tacik Sovet Sosialist Respublikasının bayrağının dəyişdirilməsi əsasında yaradılmışdır. Bayraq horizontal şəkildə qırmızı,ağ və yaşıl olmaqla 3 rəngdən ibarətdir.Ağ rəngli hissədə ox və ətrafında yeddi ulduz olmaqla tac işarəsi əks olunmuşdur. Ağ,qırmızı və yaşıl rənglər həmçinin XIX əsrdə Qacarlar sülaləsi hakimiyyəti dövründə İran dövlətinin bayrağının rəngləri olmuşdur.Hal-hazırda Tacikistanın bayrağında məhz həmin rənglərin istifadə olunması da Tacikistanın İranın mirası olduğunu vurğulamaq məqsədi daşıyır.

İtaliyanın rəsmi dövlət bayrağı 1948-ci il yanvarın 1-i qəbul edilmişdir. Öncələri bayraq iki – qırmızı və ağ rənglərdən ibarət idi.Ümumiyyətlə ölkənin bayrağının müasir formasındakı rənglər belə güman edilir ki, 1700-cü illərin sonunda ölkəyə axın edən fransızların təsiri ilə seçilmişdir.Bayrağın dizaynı isə Napaleon tərəfindən irəli sürülmüşdür. Rənglərin daşıdığı mənalar haqqında müxtəlif fikirlər olsa da,daha geniş yayılmış məlumata əsasən yaşıl -təbiəti, ağ-Alp dağlarının zirvəsindəki qarı, qırmızı isə İtalyanların azadlıq müharibəsində axıtdığı qanı təmsil edir. Daha dindar bir düşüncəyə görə isə yaşıl rəng ümid,ağ insan taleyinin,qırmızı isə xeyirxahlıq rəmzidir.

Digər formasına görə bir-biri ilə bənzərlik təşkil edən bayraqlar isə Palau və Yaponiya dövlətlərinin bayraqlarıdır.

image-1 image-2

Palaunun rəsmi dövlət bayrağı 1981-ci ildə Yanvarın 1-də qəbul edilmişdir. Bayrağın mavi rəngli fonu üzərində sarı rəngdə dairəvi fiqur əks olunmuşdur. Rənglərin bu cür seçimi isə ölkənin tarixi və xalqın adət-ənənələrinə olan bağlılığı ilə izah olunur. Palau Sakit okean sahilində yerləşdiyindən bayraqdakı mavi rəng okeanı, sarı dairəvi fiqur isə bütöv ayı təmsil edir. Belə ki, Palau xalqının inancına görə bütöv ay həm insan fəaliyyəti üçün ən optimal vaxt,eyni zamanda sevginin,rahatlığn və sülhün rəmzidir.

Yaponiyanın dövlət bayrağı isə mərkəzində qırmızı dairə olan ağ rəngli hissədən ibarətdir.Yaponlar öz bayraqlarını rəsmi olaraq “Nişşoki” (günəşin rəmzi) adlandırsalar da,bayraq çoxluq tərəfindən “Hinomaru” (günəş çəmbəri) adı ilə tanınır.Bayrağın mərkəzindəki qırmızı fiqur da məhz günəşi təmsil edir.Yaponiyanın həm “günəşin doğduğu ölkə” kimi məşhur olmasını,həmçinin bu səma cisminin yapon xalqının mifologiyasında mühüm rol oynadığını nəzərə alsaq bayrağa da məhz bu mənada adların verilməsini anlamaq olar.

Qeyd edim ki, bu ölkələri birləşdirən digər bir ortaq cəhət isə hər ikisinin Sakit okean sahilində yerləşməsidir.

Növbəti ölkə bayraqları isə daha çox zolaqları ilə diqqət çəkir və məhz bu səbəbdən bənzərlik təşkil edir.

image-1 image-2

Hər kəsin yaxşı tanıdığı Amerika Birləşmiş Ştatlarının rəsmi dövlət bayrağı bir-birini əvəzləyən 6 ağ, 7 qırmızı zolaqdan, sol yuxarı küncdə isə göy rəngli fon üzərində 50 ağ ulduzdan ibarətdir. 13 zolaq ümumilikdə ölkənin quruluş dönəmində Böyük Britaniyaya qarşı vuruşmuş 13 müstəmləkə əyalətini, 50 ədəd beş guşəli ulduz isə ABŞ-ın ştatlarının sayının göstəricisidir. Rənglərin məhz ağ, qırmızı, göy seçilməsinin səbəbləri isə belə izah olunur ki, ağ rəng saflıq və paklıq , qırmızı rəng qəhrəmanlıq və cəsarət, göy isə əzmkarlıq rəmzidir. Onu da qeyd edim ki,bayraqdakı göy rəng digər ölkə bayraqlarında istifadə olunandan bir neçə ton tünd olması isə fərqlənir.

ABŞ bayrağı ilə görünüşünə oxşarlıq təşkil edən Liberiya bayrağı isə 6-sı qırmızı, 5-i ağ olmaqla 11 zolaqdan ibarətdir. Bayrağın yuxarı sol küncündə göy rəngli hissə, həmin göy rəngli hissənin mərkəzində isə qulların yenidən azadlıq qazanmasının işarəti kimi bir ədəd ağ ulduz əks olunmuşdur. Ümumi rəng ahənginə baxdıqda isə qırmızı rəng mərdliyin,ağ rəng əxlaqi dəyərlərin, yuxarı sol küncdəki göy hissə isə Afrika qitəsinin rəmzi sayılır. Bundan əlavə onu da qeyd edim ki, Liberiya bayrağı dəniz ticarətində ən geniş yayılmış bayraqdır. 1600-ə yaxın müxtəlif ölkələrə məxsus gəmilər dənizlərdə məhz bu bayraq altında üzürlər. Səbəb isə vergilərin olduqca aşağı olmasıdır.

Bayraqlarındakı rəng seçiminə görə bir-birinə yaxın olan ölkələr sırasına Polşa və Sinqapuru da əlavə etmək olar deyə düşünürəm. Elə isə oxşar və fərqli cəhətlərinə ayrı-ayrılıqda nəzər salaq.

image-1 image-2

Polşanın rəsmi dövlət bayrağı ölkə öz müstəqilliyini qazandıqdan sonra 1918-ci ildə Seym tərəfindən təsdiq edilmşdir.İki-ağ və qırmızı rəngdən ibarət olan bayraq ölkənin digər önəmli rəmzi sayılan gerbinin rənglərini özündə birləşdirir.Belə ki,qırmızı rəng gerbin fonunun,ağ isə fonda əks olunan qartalın rəngidir.Rənglərin köklü mənasına nəzər saldıqda isə ağ rəng mənəviyyatı,dəyərləri,paklığı, qırmızı isə alovu,mərdliyi təmsil edir.

Eyni rənglərin fərqli ardıcıllığından ibarət Sinqapur dövlətinin rəsmi bayrağı isə, hələ ölkə Böyük Britaniyanın tərkibində olduğu ərəfədə (1959) təsdiq edilmişdir. İki rəngdən əlavə bayrağın sol yuxarı küncündə ağ aypara və dairə yaradan 5 ulduz əks olunmşdur. Qırmızı rəng çaları qardaşlığı,insanların bərabərliyini, ağ rəng təmizliyi,insanpərvərliyi təmsil etdiyi halda, ağ aypara daim cavan bə böyüməkdə olan xalqı, 5 ulduz isə Sinqapur dövlətinin beş devizini özündə əks etdirir – demokratiya, sülh, inkişaf, düzlük, bərabərlik.

Избранный
0
veteninfo.az

1Источники