ABŞ-ın Müdafiə Nazirliyində maraqla gözlənilən struktiur və kadr islahatlarına start verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Müdafiə naziri Pit Heqset beş ulduzlu rütbələr istisna olmaqla, dörd ulduzlu generalların sayının 20 faiz azaldılması barədə göstəriş verib.
Məlumatda deyilir ki, bu addım strukturun sadə idarəetmə üslubu ilə səmərəliliyin artırılması məqsdəi daşıyır: "Oxşar ixtisarlar Milli Qvardiyada dörd ulduzlu rəhbər vəzifələr üçün də nəzərdə tutulub. Plan həmçinin, bir-birini təkrarlayan qərargah bölmələrini də əhatə edəcək. Onların çoxu ya qapadılacaq, ya da birləşdirməklə optimallaşdırılacaq".
Samir MUSAYEV
MİA.AZ