RU

Əhməd əş Şəraa sabah Fransaya GEDİR

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa mayın 7-də Fransaya səfər edəcək. Bu, onun Avropaya ilk səfəri olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, o, Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

“E.Makron Fransanın yeni, azad, sabit, suveren Suriyanın qurulmasına dəstəyini təsdiqləyəcək", - mənbə qeyd edib.

Fransa Prezidenti fevralın əvvəlində Əhməd əş-Şəraanı Fransaya səfərə dəvət etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
7
icma.az

9Источники