RU

Pakistan ordusu 120 km mənzilli Fəth raketini sınaqdan keçirib

Pakistan ordusu təlimdə yerli istehsal olan yer-yer FƏTH raketini "uğurla" atdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Hindistanla gərginlik artdıqca Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti (ISPR) "Ex INDUS" təlimi ilə bağlı yazılı açıqlama verib.

Bəyanatda qeyd olunub ki, 120 kilometr mənzilli, yerli istehsal olan “Fəth” raketi təlim zamanı ordunun əməliyyat hazırlığını təmin etmək məqsədi ilə “uğurla” atılıb.

Bildirilib ki, bu təlimlə ordunun “ölkənin ərazi bütövlüyünə qarşı təhdidlərə cavab vermək” hazırlığı və texniki səriştəsi nümayiş etdirilib.

Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Asim İftixar Əhməd bildirib ki, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) vəzifəsi münaqişələri uzaqdan izləmək deyil, vaxtında və prinsipial addımlarla qarşısını almaqdır.

Aytən Yaşar/ Turkustan.az

Избранный
0
turkustan.az

1Источники