Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanında maraqlı bir hadisə baş verib.
Ölkə.az xəbər verir ki, bu barədə DİM-in nəzarətçi müəllimi Elyar İslamoğlu öz "facebook" hesabında paylaşım edib.
Məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdinin cibindən müxtəlif oyuncaqlar çıxıb.
"Qızlarınızı 9-cu sinifdən ərə verməyin. Hələ uşaqdırlar. Ciblərinə oyuncaqlarını yığıb imtahana gəlirlər",- deyə E.İslamoğlu qeyd edib.
Həmidə İbrahimova