RU

Tramp: Papa obrazı ilə heç bir əlaqəm yoxdur

ABŞ prezidenti Donald Tramp özünü "Papa" kimi göstərən süni intellekt şəkli ilə heç bir əlaqəsinin olmadığını və bunun haradan gəldiyini bilmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp amerikalı futbolçu seçimlərinin yenidən Vaşinqtonda keçiriləcəyini açıqladığı Ağ Evdə təşkil edilən mərasimdə gündəmlə bağlı sualları cavablandırıb.

Tramp katolik dünyasında narahatlığa səbəb olan süni intellekt tərəfindən yaradılan “Papa” obrazı ilə bağlı suala cavab verərək, “saxta xəbər” mediasının məsələni bu şəkildə təhrif etdiyini iddia edib.

"Mənim bununla heç bir əlaqəm yox idi. Biri mənim Roma Papası kimi geyinmiş şəklimi düzəldib internetə yerləşdirib. Mən bunu etməmişəm. Bunun haradan gəldiyini bilmirəm"- Tramp deyib.

ABŞ prezidenti sözügedən şəklin "zarafat" olduğunu və onun yerləşdirməsinin katoliklər arasında dini narahatlığa səbəb olan bir şey olmadığını bildirib.

Bildirək ki, həftə sonu ABŞ prezidenti Trampı “Papa” kimi göstərən süni intellektlə yaradılan bir fotoşəkil Trump Truth Sosial hesabı tərəfindən paylaşıldı və daha sonra Ağ Evin rəsmi X hesabında eyni görüntü paylaşıldı.

Aytən Yaşar/ Turkustan.az

Избранный
0
turkustan.az

1Источники