Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 27-də keçirilən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanında maraqlı hal yaşanıb.
Moderator.az xəbər verir ki, imtahana gələn şagirdin cibindən oyuncaqlar çıxıb.
Bu barədə DİM-in nəzarətçi müəllimi Elyar İslamoğlu öz "Facebook" hesabında paylaşım edib.
“Qızlarınızı 9-cu sinifdən ərə verməyin. Hələ uşaqdılar. Ciblərinə oyuncaqlarını yığıb imtahana gəlirlər”, -deyə o qeyd edib.