RU

Göytürk hökmdarına həsr olunan kitab

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı “Bilgə Xan sözləri” adlı kitab “Füyuzat” nəşriyyatında çap olunub. 

Kitabda Göytürk dövlətinin hökmdarı Bilgə xanın Türk millətinə etdiyi xəbərdarlıqlar, verdiyi tövsiyələr və milli ideyaları yer alır. Bilgə xanın qardaşı Kültigin və ataları ilə birlikdə apardığı azadlıq mübarizəsi, dövlətin güclənməsi və xalqın rifahı uğrunda göstərdiyi səylər təsvir edilir. O, xalqını yadellilərin təsirindən uzaq durmağa, birliyə və müstəqilliyə səsləyir. Əsər Bilgə Xanın yalnız döyüşçü və dövlət başçısı kimi deyil, həm də müdrik bir lider, uzaqgörən şəxsiyyət kimi portretini təqdim edir.

  ADU-nun  Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin müəllifliyi ilə təqdim olunan kitab Bilgə xanın ideya və mübarizəsi haqqında daha dərin məlumat almaq istəyənlər üçün dəyərli mənbəədir. Qeyd edək ki, Cəlal İbrahimli Türkiyənin Egey Universitetində təhsil alıb, “Mikayıl Müşfiq”, “Dünyaya doğan günəş” və başqa kitabların müəllifidir. 

Namiq Qədimoğlu

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
1
icma.az

2Источники