RU

Mourinyo Super Liqa haqda: “Hər şey öncədən həll edilib”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə Super Liqasının 34-cü turunun “Beşiktaş”la ev oyunundan sonra açıqlama verib.

Arena.az xəbər verir ki, portuqal mütəxəssis komandasının məğlubiyyətini (0:1) belə şərh edib:

“Meydanda oyunu qazanmaq və fürsətlər yaratmaq istəyən bir komanda vardı. Biz bu görüşdə məğlubiyyətə layiq deyildik. VAR-ın qərarları, hakimlərin qərarları, Ən-Nəsiri üzərindəki penalti, hansı ki təyin edilmədi… Mən bu barədə danışmaqdan o qədər yorulub-usanmışam ki… Mənim hakimiyyətim yoxdur, heç nə dəyişmir, amma vəziyyət belədir, həqiqət də budur. Sizin futbolçularınızdan bəziləri kifayət qədər yaxşı oynayanda, bu, sizin kollektiv oyununuza öz təsirini göstərir. Liqanın nəticəsi hələ onun başlanmasından əvvəl müəyyənləşdirilib. Ev məğlubiyyətləri həlledici oldu”, deyə Mourinyo özünəməxsus üslubda “söz soxmaq”la fikrini tamamlayıb.

Türkiyə Super Liqasının 32 turunddan sonra yarış cədvəlinə 83 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 75 xalla 2-ci pillədədir. “Beşiktaş” isə 55 xalla 4-cü pillədə yer alıb.

Избранный
0
arena.az

1Источники