RU

Qəzada ağır xəsarət alan sürücü vəfat etdi

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yol qəzası zamanı ağır xəsarət alan sürücü xəstəxanada vəfat edib.

"Unikal" xəbər verir ki, mayın 3-də Oğuz rayonunda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 1996-cı il təvəllüdlü Oğuz rayon sakini Kənan Rəhman oğlu Əzizov ötən gecə müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, K.Əzizov idarə etdiyi “Toyota” markalı avtomobillə Oğuz–Bayan avtomobil yolunda idarəetməni itirərək ağaca çırpılıb, hadisə zamanı avtomobildə olan sərnişin – 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidov hadisə yerində dünyasını dəyişib, sürücü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
0
5
icma.az

8Источники