RU

Ermənistanda müxalifətçinin ailəsini yandırmaq istədilər -VİDEO

Ermənistan daxilində siyasi gərginlik səngimək bilmir. Bu dəfə İrəvan Ağsaqqallar Şurasının müxalifətçi üzvü Gevorq Stepanyana təhdidlər yağdırılır. "Mamul" nəşrinin yaydığı məlumata görə, onun ailəsinə məxsus avtomobil gecə saatlarında yandırılıb. 


Stepanyan özü isə bunu siyasi mesaj kimi qiymətləndirib. 


"90-cı illərə qayıtdıq. Əslində biz başqa heç nə gözləmirdik. Daha bir təəssüf doğuran addım gördük. Həyat yoldaşım maşınını həyətdə deyil, küçədə saxlamışdı. Gəldilər, pəncərəni sındırdılar, içəriyə yanan əşyalar atdılar. Avtomobilin arxası, üstü və qabaq hissəsi tamamilə yanıb. Biz bayıra çıxanda artıq alov hərr yeri almışdı”, - deyə şura üzvü bildirib.

Bəzi müxalif saytlar iddia ediblər ki, əslində cinayətkarların əsl məqsədi mülkə deyil, müxalifətçinin ailəsinə xəsarət yetirmək olub. Yəni müxalif düşərgədə qorxu saçmaq üçün ailəni diri-diri yandırmaq istəyiblər. Xoşbəxtlikdən onlar maşında olmayıblar.



Tural

Избранный
0
news365.az

1Источники