RU

Rusiya əhalisi azalmaqda davam edir

Oxu.az saytına istinadən ain.az xəbər verir.

2025-ci ilin əvvəlində Moskva əhalisinin sayı 13.3 milyon nəfər olub.

Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, bunu şəhər meri Sergey Sobyanin 2024-cü ilin yekunları haqqında Rusiya Prezidenti Vladimir Putinə verdiyi hesabat zamanı bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə əhali 4.8 min nəfər artıb.

Rosstatın məlumatına əsasən, 2025-ci il yanvarın 1-nə Moskvanın əhalisi 13 274 285 nəfər olub. Bu, 2024-cü ildə paytaxt əhalisinin orta illik sayından - 13 212 044 nəfərdən 0.47% çoxdur.

Bütün Rusiyaya gəlincə, bu il yanvarın 1-nə əhalinin sayı 146 028 325 nəfər olub. 2024-cü ildə bu rəqəm 0.08% azalıb (bir il əvvəl 146 150 789 nəfər idi).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
0
1
icma.az

2Источники