"Barselona"nın baş məşqçisi Hans Flik Çempionlar Liqasının yarımfinalında "İnter"ə qarşı cavab oyununa hazırlıqla bağlı fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, Flik bildirib ki, futbolçuları sabahkı oyundan həzz almalıdırlar: "Bu, artıq dediyim fikirdir. Çempionlar Liqasının yarımfinalında "İnter"ə qarşı bu səviyyədə oynamaq əladır. Oyunçularıma təzyiq göstərmək istəmirəm, onlar bu oyundan zövq almalıdırlar. İstəyirəm ki, bir-birilə yaxşı əlaqədə olsunlar, bir-birini tamamlasınlar və fantastik üslubda çıxış etsinlər", – deyə "Barcablaugranes" nəşri Flikin sözlərindən sitat gətirib.
Qeyd edək ki, “Barselona” ilə “İnter” arasında ilk oyun 3:3 hesabı ilə başa çatıb. Cavab görüşü mayın 6-da, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.