RU

ABŞ yenidən istifadə edilə bilən hipersəsli aparatının ikinci uğurlu sınağını keçirib

ABŞ mart ayında yenidən istifadə edilə bilən “Talon-A” hipersəsli aparatın ikinci uğurlu sınağını keçirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun yazılı bəyanatında deyilir.

“Stratolaunch” şirkətinin təkrar istifadə edilə bilən hipersəsli aparatının ilk uğurlu sınağı 2024-cü ilin dekabrında baş tutub, lakin ictimaiyyətə açıqlanmayıb.

"Hər iki sınaq zamanı “Stratolaunch Talon-A” hipersəsli aparatı “Roc” daşıyıcı təyyarəsindən havaya qalxıb, Sakit okeanın üzərindən uçub, bundan sonra kosmik qüvvələrin Vandenberq bazasına enib", - Müdafiə Nazirliyi bildirib.

“Roc” “Stratolaunch”ın buraxılış platforması olaraq istifadə etdiyi təyyarədir. İkiqat gövdəyə malikdir.

“Talon-A” sınaq aparatı inkişaf zamanı hipersəsli silah sistemlərini çatdırmaq üçün istifadə ediləcək.

Избранный
0
4
report.az

5Источники