Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
19 avqust 2024-cü ildə İtaliya sahillərində batmış "Bayesian" superyaxtasının qaldırılması üçün 20 milyon funt sterlinq (26.5 milyon dollar) dəyərində əməliyyata başlanılıb.
Oxu.Az "The Daily Mail" qəzetinə istinadən xəbər verir ki, əməliyyatın ilk mərhələsində əraziyə sualtı aparat endiriləcək. Onun vasitəsilə mütəxəssislər 543 tonluq yaxtanın dəqiq yerini müəyyən edib, dəniz dibinin xəritəsini hazırlayacaqlar.
Yaxtanın özü isə artıq Siciliyanın Termini İmereze limanına gətirilən "Hebo Lift 10" üzən kranı vasitəsilə mayın ortalarına qədər səthə qaldırılaraq eyni limana çəkiləcək.
49 metr dərinlikdə və sahilə təxminən 800 metr məsafədə yatan, 30 milyon funt sterlinq (təxminən 40 milyon dollar) dəyərindəki gəminin qaldırılması qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün zəruri hesab olunur. İtaliya rəsmiləri istehsalçı "The Italian Sea Group" (ISG) şirkətinin "batmaz" adlandırdığı yaxtanın necə 16 dəqiqə ərzində batdığını araşdırır. Yaxtanın yanacaq çənlərində hələ də 18 ton yanacaq qalır.
56 metr uzunluğundakı, İngiltərə bayrağı altında üzən yaxta güman ki, qasırğa nəticəsində batıb. Gəmidə olan 22 nəfərdən (12 qonaq və 10 ekipaj üzvü) 7 nəfər həlak olub. Qurbanlar arasında gəminin sahibi, yüksək texnologiyalar sahəsində milyonçu Maykl Linç və onun 18 yaşlı qızı Hanna, "Morgan Stanley International" investisiya bankının direktoru Conatan Blumer və həyat yoldaşı Cudi də olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.