Federiko Valverde “Real”ın La Liqanın 34-cü turunda “Selta” ilə oyundakı çıxışını sərt şəkildə tənqid edib.
Publika.az xəbər verir ki, Madrid klubunun uruqvaylı ulduzu bu sözləri deyib:
“Belə oyundan qopmalar bir daha təkrarlanmamalıdır. Bu hal bizdə dəfələrlə olub – həm çempionatda, həm də Çempionlar Liqasında. Biz bu sahədə inkişaf etməliyik”.
Valverde həmçinin qarşıdan gələn “Barselona” ilə oyunun əhəmiyyətini vurğulayıb: “El-klasiko” bizim son şansımızdır, mövsümün ən vacib oyunudur”.