RU

Əgər Tramp Putinlə razılığa gələ bilməsə...

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı Ukraynaya hərbi dəstəyi artıracaq...

...Avropa komissarı Andrius Kubilius deyib ki, Trampın Putinlə barışıq cəhdləri nəticə verməsə, Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyini əhəmiyyətli dərəcədə artırmağa hazırdır.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Sputnik Litva” məlumat yayıb.

Kubilius vurğulayıb ki, Tramp Putini sülh sazişinin bağlanmasının zəruriliyinə inandıra bilməsə, Avropa İttifaqı Ukraynaya hərbi dəstəyini tez bir zamanda artıra, bununla da münaqişənin sülh yolu ilə həlli lehinə daha inandırıcı arqumentlər təqdim edə bilər.

Avropa komissarı, həmçinin Avropa İttifaqına üzv ölkələrin birbaşa Ukrayna ərazisində istehsal olunan silahların alınması üçün 40 milyard avro ayırması imkanının nəzərdən keçirilməsini təklif edib.

Əvvəllər Rusiya prezidenti Vladimir Putin dəfələrlə Qərbin Ukraynaya tədarük etdiyi silahların “qara bazar”a düşməsindən narahatlığını ifadə edib və belə tədarüklərin yalnız münaqişənin uzanmasına xidmət etdiyini bildirib.

Yeri gəlmişkən, bu arada rusiyalı senator Klimov Rusiyanın digər ştatları ələ keçirmək planlarını təkzib edib.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
0
1
icma.az

2Источники