RU

İki Rusiya Su-30 qırıcısı Qara dəniz üzərində vurulub

“Maqura-7” tərəfindən vurulan iki Rusiya Su-30 qırıcısı, ehtimal ki, Qara dənizdə düşmənin əvvəlcədən görmədiyi Ukrayna pilotsuz katerlərini məhv etmək üçün göndərilib.

Bu fikirləri efirdə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının Ehtiyatlar Şurasının sədri İvan Timoçko deyib. O bildirib ki, söhbət unikal vəziyyətdən gedir: hazırlanmış hədəf onlarla, yüzlərlə kilometr aralıda pilotsuz qayıqlardan vurulub – bir təyyarə, daha sonra ikincisi. “Yəni, bu, artıq bir sistemdir.

Bu, həqiqətən də unikaldır. Əgər dəyəri nəzərə alsaq. Təxmini desək, iki kater 500 min dollara başa gəlir, təyyarələr isə təqribən 80-100 milyon dollardır. Bir Su-30 təyyarəsi 40-50 milyon dollara başa gəlir. Yəni biz burada xərclərdə nə qədər fərq olduğunu görürük”, – Timçenko vurğulayıb. O, iki qırıcıdan birinin vurulmasından sonra atılmağa müvəffəq olan rus pilotların Rusiya Federasiyasının guya “mülki gəmisi” tərəfindən dənizə götürülməsinə diqqət çəkib.

Ekspertin sözlərinə görə, onun bu gəminin mülki təyinatına şübhələri var, çünki mülki gəmi hərbi limanın yaxınlığında, döyüş bölgəsində olmamalı, müəyyən müşahidələr aparmalı və sairə.

//Samir Qurbanov, Editor.az

Избранный
0
editor.az

1Источники