RU

Fənərbağça nın yeni baş məşqçisi sabiq Qalatasaray lı ola bilər

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Fənərbağça"nın yeni baş məşqçisi sabiq "Qalatasaray"lı ola bilər.

Milli.Az xəbər verir ki, söhbət Arda Turandan gedir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubun vitse-prezidenti Acun Ilıcalı Joze Mourinyonun əvəzinə baş məşqçi sükanı arxasına Arda Turanı gətirmək istəyir. 

O, klub rəhbərliyinə hazırda "Eyüpspor"u çalışdıran 38 yaşlı mütəxəssisin namizədliyini irəli sürüb. 

Qeyd edək ki, Arda Turan 2005-11, 2020-2022-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, 2023-cü ildən start verdiyi baş məşqçi karyerası ərzində yalnız "Eyüpspor"u çalışdırıb. Komanda hazırda Türkiyə Super Liqasında 50 xalla 6-cı yerdə qərarlaşıb. (Offsideplus.az)Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
0
1
icma.az

4Источники