Hindistan və Pakistan arasında su gərginliyi təhlükəli həddə çatıb.
Busaat.az xəbər verir ki, Hindistan uzun müddətdir qüvvədə olan Hind Su Müqaviləsini dayandıraraq, Pakistana axan Çenab çayının suyunun 90 faizini bağlayıb.
İddiaya görə, bu addım Cammu və Kəşmirdə baş verən və 26 mülki şəxsin ölümünə səbəb olan terror aktından sonra atılıb. Hindistan hücumun arxasında Pakistanın olduğunu bildirir, İslamabad isə bu ittihamları qətiyyətlə rədd edir.
Çenabdan sonra Celum da sıradadır! Səlahiyyətlilər Celum çayının da eyni aqibətlə üzləşə biləcəyini istisna etmirlər.
Pakistanda su axınının kəsilməsi ölkədə ciddi su qıtlığına və təhlükəsizlik narahatlığına səbəb olub.
Hadisə ilə bağlı diplomatik gərginlik artır, vəziyyətə beynəlxalq reaksiyalar gözlənilir.
Nərmin Səmidova