RU

Yolun ortasında kabab bişirən qadın cərimələndi, kişi qaçdı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Yolun hərəkət hissəsində kabab bişirən qadın cərimələnib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Xabarovsk bölgəsində baş verib. Bölgənin Komsomolsk-na-Amur şəhərində yolun hərəkət hissəsinin təhlükəsizlik adacığında qadın və kişi manqal qoyaraq kabab bişiriblər. Hərəkətlərini kameraya qeydə alan qayda pozanlar yol polisini görən kimi qaçıblar və daha sonra qadın çəkdikləri videonu sosial şəbəkədə paylaşıb.

Hüquq-mühafizə orqanları qadını sosial şəbəkə profilindən müəyyən ediblər və o 500 rubl cərimələnib. Bildirilir ki, hazırda kadrları çəkən kişinin şəxsiyyəti müəyyənləşdirilir və o da məsuliyyətə cəlb olunacaq.

Bundan əlavə, hər iki şəxs yanğın təhlükəsizliyi qaydalarını pozduqlarına görə cərimələnə bilərlər. Qanun pozucularının çəkdiyi video Fövqəladə Hallar Nazirliyinə göndərilib.

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
icma.az

1Источники