Fransa prezidenti Emmanuel Makron Donald Trampın siyasətindən narazı olan amerikalı alimlərin Avropaya köçməsini təklif edib.
Bizim.Media xəbər verir ki, bunu Makron Sorbonnada çıxış edərkən deyib.
"Azadlığı sevirsinizsə, gəlin və burada - Avropada araşdırma aparın", - Fransa prezidenti bildirib.
Onun sözlərinə görə, Paris ölkəyə tədqiqatçıları cəlb etmək üçün 100 milyon avro ayıracaq.
Bizim.Media