Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Bu gün Amerika Birləşmiş Ştatlarının Prezidenti, əziz dostum, cənab Donald Trampla telefon danışığımız çox məhsuldar, geniş və səmimi oldu”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin rəhbəri ilə telefon danışığından sonra yaydığı açıqlamasında deyib.
Türkiyə Prezidenti bildirib ki, danışıq zamanı bir çox regional və qlobal məsələləri, xüsusilə Suriya müharibəsi, Rusiya-Ukrayna, qlobal ticarət və İran-ABŞ arasında davam edən danışıqlar müzakirə edilib:
“Cənab Trampla Türkiyə və ABŞ arasında, xüsusən də müdafiə sənayesi və ticarət sahəsində əlaqələri yaxşılaşdırmağa hazır olduğumuzu bir daha təsdiq etdik. Prezident Trampın dünyamızda davam edən münaqişə və müharibələrə son qoymaq səylərini minnətdarlıqla qarşıladığımı və biz Türkiyə olaraq bölgəmizdə sülh, sabitlik və əmin-amanlıq mühitinin yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduğumuzu vurğuladım. Ən qısa zamanda dəyərli dostumu Türkiyədə qonaq etməkdən çox məmnun olacağımı bildirdim və o, bizi ABŞ-yə dəvət etdi. Ümid edirəm ki, dostum Trampla tezliklə görüşəcəm və müzakirələrimiz ölkələrimiz üçün faydalı olacaq”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.