RU

"Bu mövsüm ən yaxşı futbolçumuz odur" - Koul Palmer

"Çelsi"nin yarımüdafiəçisi Koul Palmer cari mövsüm komandanın ən yaxşı oyunçusunun kim olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, İngiltərə millisinin üzvünün sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Moyses Kaysedonu qeyd edərdim. Bu mövsüm ən yaxşı futbolçumuz odur. Kaysedo ilə oynamaq arzudur. O, həmişə rəqiblərdən top alır. Ciddi və ünsiyyətcil biridir. Moysesi komandada çox sevirlər".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 34 matça çıxan 23 yaşlı Kaysedo 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Избранный
0
1
fanat.az

2Источники