"Brentford"un vingeri Brayan Mbeumo karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” 25 yaşlı futbolçunu almaq üçün təklif etməyə hazırlaşır.
Sövdələşmənin 70,2 milyon avro dəyərində ola biləcəyi iddia edilir.
Mbeumo bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.Kamerunlu futbolçunun "Brentford"la hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.