Rusiya Dövlət Dumasının deputatı Pavel Kaçkayev 73 yaşında vəfat edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, əslən Başqırdıstandan olan kaçkayev 2003-2011-ci illərdə Ufa şəhərinin meri işləyib. Daha sonra Rusiya Dövlət Dumasına 3 çağırış deputatı olub.