RU

NATO ABŞ-ın Amerika silahlarından istifadəni məhdudlaşdırmasından narahatdır

NATO-nun şərq cinahı ölkələri ABŞ-ın Amerika silahlarının istifadəsinə mümkün məhdudiyyətlərindən narahatdır. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Newsweek jurnalı yazır.

“Ukrayna rəsmiləri aylardır öz müttəfiqlərinə, xüsusən də ABŞ-a yalvarır ki, Kiyevə bağışladıqları uzaqmənzilli silahlara qoyulan məhdudiyyətləri aradan qaldırsınlar. İndi NATO-nun şərq cinahında yerləşən ölkələr oxşar vəziyyətə düşə biləcəkləri ilə maraqlanırlar”, – məqalədə deyilir.

Nəşr Baltikyanı ölkələrdən birinin adının açıqlanmasını istəməyən rəsmiyə istinadən yazır ki, ABŞ-ın “Rusiyanın işğalı halında” hərbi qərarlar qəbul edərkən ölkələrin müstəqilliyini məhdudlaşdıra bilməsi ilə bağlı narahatlıq artır. O, ABŞ-ın Ukrayna ilə necə davrandığına dair xatirələrin hələ də təzə olduğunu bildirib

Bundan əvvəl Litvanın Müdafiə Nazirliyi ölkənin Rusiya və Belarusla sərhəddə müdafiə xəttinin yaradılmasına təxminən 1,1 milyard avro xərcləyəcəyini bildirmişdi. Bildirilir ki, layihə Estoniya və Latviya ilə birgə həyata keçiriləcək.

Избранный
0
nocomment.az

1Источники