RU

Ançelotti: “Hər şey “Barselona”nın öz əlindədir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada “Barselona”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “Marca”ya danışan mütəxəssis matç haqda bunları deyib:

“Bizimçün həlledici oyun olacaq. Qələbə vacibdir, ancaq yenə də hər şey “Barselona”nın öz əlindədir. Kubokun finalı çox gərgin keçmişdi. Matça ciddi yanaşmalıyıq. Maksimum nəticə üçün çalışacağıq”.

“Barselona” – “Real” oyunu mayın 11-də keçiriləcək.

Избранный
0
1
futbolpress.az

2Источники