RU

Çinin qızıl hasilatı cari ildə artıb

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çin Qızıl Mədənçilər Cəmiyyətinin məlumatına görə, 2025-ci ilin birinci rübündə ölkənin qızıl hasilatının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,49 faiz artaraq 87,24 ton olub.

525.az bu barədə Çin mətbuatına istinadən xəbər verir.

İlk üç ayda Çində qızıl istehlakının həcmi 290,49 ton təşkil edib ki, bu da 5,96 faiz təşkil edir. O cümlədən, Çin bazarında qızıl-zinət əşyalarının istehlakı 26,85 faiz azalıb, illik müqayisədə 134,53 ton təşkil edib. Qızıl külçə və sikkə istehlakı isə illik müqayisədə 29,81 artaraq 138,02 ton olub. Çinin sənaye və digər sektorlarının qızıl istehlakı bu ilin yanvar-mart aylarında 3,84 faiz azalıb.

Qızıl qiymətlərinin yüksək olması səbəbindən birinci rübdə qızıl zinət əşyalarına istehlakçı tələbi zəif olaraq qalıb. Bəyanatda deyilir ki, mürəkkəb, gözlənilməz geosiyasi vəziyyət və iqtisadi qeyri-müəyyənlik qızılın inflyasiyaya qarşı hedcinq və dəyər anbarı kimi rolunu artırıb, investisiya aktivləri kimi qızıl külçə və sikkələrə tələbatın artmasına səbəb olub.

Bundan əlavə, hesabat dövründə Çin bazarında qızıl birja fondları güclü artım templəri nümayiş etdirib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
0
icma.az

1Источники