RU

Tramp: Avropa liderləri məndən Putinə zəng etməyimi xahiş edirlər

BAKI, 5 may. TELEQRAF

Avropa liderləri məndən Rusiya Prezidenti Vladimir Putinə zəng etməyimi xahiş edirlər, çünki o, zənglərinə cavab vermir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində bildirib.

“(Putinin) Avropada heç kimlə əlaqəsi olmadığı üçün onların zənglərinə cavab vermir. Bilirsiniz, ondan nə soruşdum? Soruşdum ki, üç il ərzində Bayden bir dəfə də olsun, sizə zəng edib? Cavab verdi ki, heç vaxt zəng vurmayıb. Bayden heç vaxt ona zəng etməyib”, - ABŞ prezidenti vurğulayıb.

Избранный
0
teleqraf.com

1Источники