RU

Karqo partlayışlarının arxasında bu ölkə durur Gizli agent lərdən istifadə olunub

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropada son aylarda bir neçə şəhərdə göndərilən karqo bağlamalarında partlayıcıların olması aşkarlanıb. Aparılan ilkin araşdırma bu partlayıcıların Rusiyanın GRU adlı hərbi kəşfiyyat qurumu tərəfindən yerləşdirildiyinə dair ciddi şübhələr ortaya çıxıb.

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, Bosniya sərhədində saxlanılan rus vətəndaşı Aleksandr Bezrukaviy Avropada partlayıcı maddələr yerləşdirilmiş bağlamalarla həyata keçirilən sabotajların təşkilatçısı olduğu təxmin edilir.

Həmin şəxs Polşa polisinə təhvil verilib.

Təhlükəsizlik orqanlarına görə, Bezrukaviy “Telegram” üzərindən gizli kanallarla “VWarrior” adlı hesab vasitəsilə bağlamaları çatdırmaq üçün sabiq məhkumları işə cəlb edib. Paketlər kosmetik məhsullar və seks oyuncaqları arasında gizlədilərək göndərilib, ödənişlər isə kriptovalyuta ilə edilib.

Litvanya, Almaniya, Polşa və Birləşmiş Krallıqda partlayan bağlamalar Avropanı silkələyib. ABŞ-yə də bənzər göndərişlər edilərək karqo yollarının test edildiyi iddia olunur.

Rəsmilərə görə, Rusiya klassik casus şəbəkələri əvəzinə indi cinayətkar keçmişi olan şəxslərdən ibarət “kölgə agentlər” şəbəkəsi qurur.

Bəsti Rəfizadə

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
1
icma.az

2Источники