RU

“Şəbnəm Tovuzlunun klipləri keyfiyyətsizdir”- Xuraman Şuşalı

Müğənni Xuraman Şuşalı həmkarı Şəbnəm Tovuzlunun kliplərini keyfiyyətsiz adlandırıb.

O, bu fikirlərini “Rəngarəng” verilişində aparıcı Zaur Nəbioğlunun Şəbnəm Tovuzlu haqqında müsbət fikirlərinə cavab olaraq bildirib.

"Zirvə nədir? Toydur, yoxsa orada verilən pul? Şəbnəmin hansı möhtəşəm işindən danışırsan? Proyekt kimi görünən kliplərdən söhbət gedə bilməz. Reallıqdan danışırıqsa, bəsdirin. Gündəm başqa şeydir, keyfiyyət isə tamam fərqli", – deyə Xuraman bildirib.

Veriliş zamanı “Nə vaxtsa bir mahnıya 10 min manat vermisiniz?” sualına isə müğənni belə cavab verib: “Mənim 10 min manatım yoxdur ki, gedib mahnı alım. O qədər pul verə bilmərəm. Uzağı 2-3 min manat verərəm.”

Избранный
0
news365.az

1Источники