RU

Səfir: Azərbaycan və Rusiya Bakıda Rus Evi nin işinin bərpası ilə bağlı danışıqlar aparırlar

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Rusiya Bakıda "Rus Evi"nin fəaliyyətinin bərpası imkanlarını müzakirə edirlər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov "LIVETVAZ" "YouTube" kanalına müsahibəsində məlumat verib.

"Azərbaycan tərəfinin tələbi ilə "Rus Evi" fəaliyyətini dayandırıb. Amma mənə elə gəlir ki, biz bu məsələ ilə bağlı müsbət dialoqa başlamışıq. Həmçinin "Sputnik" agentliyinin işi ilə də bağlı müzakirələr aparılır", - deyə səfir qeyd edib.

Evdokimov əlavə edib ki, Moskva qarşılıqlı məqbul həll yolunun tapılmasına ümid edir.

Qeyd edək ki, fevralda "Rossotrudniçestvo"nun rəhbərliyi Azərbaycan Xarici İşlər Nazirliyinin şəhərin mərkəzindəki binanın boşaldılması üçün tədbirlərin görülməsi tələbi ilə əlaqədar Bakıdakı "Rus Evi"nin fəaliyyətini dayandırmağa məcbur olduğunu bəyan edib. Belə bir tələbin formal səbəbi kimi Bakıdakı "Rus Evi"nin yerli qanunvericilikdə tələb olunan hüquqi şəxs kimi qeydiyyata alınmaması olub. Bundan əlavə, fevralın 24-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "Russia Today" media qrupunun Azərbaycandakı nümayəndəliyinin ("Sputnik" Azərbaycan) fəaliyyətini dayandırdığını bildirib. Onun sözlərinə görə, Rusiya şirkəti Azərbaycanda yalnız bir müxbiri üçün akkreditasiya ala bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
2
icma.az

3Источники