RU

Kəramət Böyükçöl: "Tofiq Yaqublunu buraxın!"

Azərbaycanda 40-dan çox şair, yazıçı və digər sənət adamları bir aydan çoxdur həbsxanada aclıq aksiyası keçirən müxalif siyasətçi Tofiq Yaqublunun azad edilməsi ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatı imzalayanlar arasında yazıçı Ayaz Arabaçı, Bircəxanım, Rasim Qaraca, Kəramət Böyükçöl və digərləri də var.

Burada hər hansı siyasi marağın olmadığını deyən yazıçı Kəramət Böyükçöl BBC Azərbaycancaya bildirib ki, "dövləti idarə edən şəxslər anlamalıdır ki, Tofiq Yaqublu kimi cəmiyyətin açıq dəstək verə bilmədiyi, lakin qəlbində, ürəyində Tofiq Yaqubluya rəğbət bəslədiyi bir insanın həbsxanada dünyasını dəyişməsi hakimiyyətə heç vaxt baş ucalığı gətirməyəcək və onun üzərində ləkə kimi qalacaq".

Tofiq Yaqublu 9 illik həbs cəzasını qanunsuz və siyasi sifariş saydığı üçün aprelin 1-dən aclıq aksiyasına başlayıb.

Azərbaycan hakimiyyəti ölkədə heç kəsin siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.

Videoya YouTube kanalımızda baxın.

Избранный
0
bbc.com

1Источники