RU

Kallas ilk dəfə Əraqçi ilə danışdı

Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas ötən il dekabrın 1-də təyinatından sonra ilk dəfə İranın xarici işlər naziri Abbas Əraqçi ilə İranın nüvə proqramı ilə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, X-də yazıb:

"İran xarici işlər naziri Abbas Əraqçi ilə nüvə məsələlərində diplomatiyanın və regionda gərginliyin azaldılmasının vacibliyini vurğulamaq üçün danışdım".

Kallas İranı Rusiyaya iddia edilən hərbi dəstəyi dayandırmağa çağırıb və Aİ vətəndaşlarının İranda casusluqda saxlanmasından narahatlığını bildirib.

O, Brüssel və Tehran arasındakı münasibətlərin “bütün bu məsələlərdə irəliləyişdən asılı olduğunu” vurğulayıb.


Telegram kanalımız
Избранный
0
yenisabah.az

1Источники