RU

Kənddə biznesə başlayanlara 1000 manatdan başlayan dəstək paketi

"Prior Credit BOKT" ASC kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsi məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına 1000-15 000 manat məbləğində güzəştli mikro kreditlər təklif edir.

Finss.az xəbər verir ki, kredit məhsulu 18-65 yaş arası şəxslər üçün nəzərdə tutulur, lakin 65 yaşdan yuxarı şəxslər yalnız ailə üzvlərindən birinin zaminliyi ilə bu imkandan yararlana bilərlər. Kreditin müddəti 3-36 ay təşkil edir və 12 ayadək güzəşt müddəti tətbiq oluna bilər. İllik faiz dərəcəsi 12%, komissiya haqqı isə məbləğdən asılı olmayaraq 1 faiz (minimum 50 manat) səviyyəsindədir.

Müştəridən biznesə dair sənədlər, foto və video sübutlar təqdim olunmalı, maliyyə göstəriciləri təhlil edilməlidir. Təhlil nəticəsində borcalanın fəaliyyətinin davamlılığı və xalis gəliri müəyyənləşdirilir. Kreditin ödənişində gecikmə halında isə əlavə 36 faiz illik cərimə tətbiq olunur.

Ətraflı məlumat üçün keçid: //priorcredit.az/az/mehsullar/guzestli-mikro-kredit

Fuad Mədətov
Finss.az

Избранный
0
fins.az

1Источники