RU

Bakıda işıqforlara LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələri quraşdırılıb.

Bakı. Trend:

Bakıda işıqforlara yeni nəsil, LED işıqlandırma ilə təchizolunan velosiped bölmələri quraşdırılıb.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtda velosipedçilərin rahatlığı vəmikromobilliyin inkişafı daim diqqətdə saxlanılır.

"Bu məqsədlə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzi tərəfindən 24 yolayrıcında olan işıqforlara 53ədəd velosiped bölmələri quraşdırılıb.

Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan bu işıqforlarvelosipedçilərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkanverir.

Bu istiqamətdə işlər davam etdirilir",- deyə əlavə edilib.

Məqalədə:
Избранный
0
7
az.trend.az

1Источники